İRNA-nın şənbə günü “Əl-Məyadin” telakanalına istinadən verdiyi məlumata görə, Livan Hizbullah Hərəkatının bəyanatında deyilir: “İslami müqavimət mücahidləri Qəzza zolağında müqavimətçi Fələstin xalqına, onların cəsur və şərəfli müqavimətinə dəstək məqsədilə Bayaz Belidada hərbi mövqeyi birbaşa hədəfə alıb.”
Hizbullah başqa bir bəyanatda bildirib: “Təll əl-Təhiyhat və Cəbəl Nəzrdə sionist əsgərlərin toplaşdığı iki qərargahı uyğun silahlarla hədəfə aldıq.”
Hizbullah bəyanatında vurğulayıb: “Mücahidlərimiz İsrail düşmən əsgərlərinin Barke Rişa hərbi mövqeyi yaxınlığında toplaşdıqları yeri uyğun silahlarla hədəfə alıblar.”
Livan Hizbullahı bu hücumlarda təyin olunmuş hədəfləri birbaşa vurduğunu açıqlayıb.
Sizin rəyiniz